Kollecdə “Sağlam həyat yaşa” mövzusunda maarifləndirici tədbir keçirilib
“Bəla” qısametrajlı filmin nümayiş olunub
Dekabrın 17-i saat Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabuncu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə UNEC nəzdində Sosial İqtisadi Kollecin Akt zalında tanınmış həkim narkoloq Asif Kəngərli ilə tələbələrin görüşü keçirilib.
Tanınmış həkim, istedadlı yazıçı Asif Kəngərlinin narkomaniya, alkoqolizm və tabakomaniya mövzusunda ilhamla qələmə aldığı pyes və hekayələri haqqında təəssüratlarını tələbələrlə bölüşüb.
Tədbir günümüzün aktual problemlərindən biri olan zərərli vərdişlərdən çəkindirməyə,yeniyetmə və gənclərin təlim-tərbiyəsində sağlam həyat tərzinin təbliğ olunmasına həsr olunub.
Sonda istedadlı yazıçı Asif Kəngərlinin ssenarisi əsasında ekranlaşdırılmış “Bəla” qısametrajlı filmin nümayiş olunub.


