31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dərslər keçirilib

1918-ci ilin martında erməni millətçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə öldürülməsi, soyqırıma məruz qalması dünya tarixinin ən qanlı səhifələrindən biridir. 

UNEC nəzdində Sosial İqtisadi Kollecdə Soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb. Kollecdə bütün şöbələr üzrə 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş açıq dərslər keçirilib. 

Bütün şöbələr üzrə təşkil olunan dərslər Azərbaycanın suverenliyi,ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Dərslərdə müəllimlər tələbələrə azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınmasından danışıb və bütün bunların XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən biri olduğu bildirilib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalayıb.Müəllimlər daha sonra Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilməsi, yaşayış məntəqələri dağıdılması, mədəniyyət abidələri, məscid və qəbiristanlıqların yerlə-yeksan edilməsi haqqında geniş məlumat veriblər.


1-04-2025, 00:29
up