22.06.2022-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə 26 iyun “Narkotiklərlə Beynəlxalq Mübarizə” günü ilə bağlı qiyabi şöbənin tələbələri ilə “Mən öz gələcəyimi seçirəm” adlı seminar keçirilib. Seminarda tələbələrə əsrin bəlası və problemi olan narkomaniya ilə bağlı məlumat verilmiş, nə üçün bu vasitələrdən istifadə etdikləri, istifadə nəticəsində hansı problemlərlə üzləşdikləri haqda suallara aydınlıq gətirilmiş, narkotiklərin insana vurduğu sosial, psixoloji və fiziki bəlalardan danışılmış, tələbələr bu haqda məlumatlandırılmışdırılmışdır.
Bundan başqa seminar iştirakçılarına “Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! 802 qaynar xətti və “Ümid” Reablitasiya Mərkəzi haqda geniş məlumat verilmişdir.