Kollecdə 26 iyun - Silahlı Qüvvələr Günü qeyd edildi
24 iyun 2022-ci il tarixində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 44 günlük Vətən müharibəsində iştirak edən kollec tələbələrinin iştirakı ilə əsgər marşının sədaları altında üç rəngli bayrağımız səhnəyə gətirilib.
Kollecin şöbə müdiri,1-ci Qarabağ müharibəsinin iştirakçısı Elxan Məmmədov çıxış edərək bildirdi ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda islahatlar aparılıb. Ulu Öndərin misilsiz xidmətləri və gərgin əməyi nəticəsində qısa zaman kəsiyində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradılıb.Məhz bu ordu bu gün bizə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbəni yaşatdı.
Tədbirdə Vətən müharibəsində iştirak edən kollecin tələbələri Əlizamin Talıbzadə,Qədir Xudayarov,Fəqan Hüseynov,Bəhruz Cabbarov,Xalıqverdi İsmayılov və Zirəddin Abbaslı çıxış edərək keçdikləri döyüş yolundan,ordumuzun Qarabağda 44 gündə həyata keçirdikləri əməliyyatlardan danışdılar. Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev çıxış edərək bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə ordumuz 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etdi, əsgər və zabitlərimiz nümayiş etdirdikləri igidlik və şücaət ilə qəhrəmanlıq dastanı yaratdı. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsindəki şanlı Qələbənin qazanılmasında ordumuzun ən müasir silahlardan istifadə etməklə, qısa müddət ərzində düşmənin hərbi texnikasının böyük hissəsini və xeyli sayda canlı qüvvəsini məhv etdi. Biz bu gün fəxrlə Qarabağda tarix yazan şanlı Silahlı Qüvvələrimiz gününü qeyd edirik.
Tədbirin sonunda tələbələrin 26 İyun – Silahlı Qüvvələr Gününə həsr etdikləri “Mənim ordum mənim fəxrimdi”adlı qısametrajlı film nümayiş olundu.