Sosial-İqtisadi Kollecdə “Məzun Günü”qeyd edildi

İyunun 28-də UNEC-in nəzdində Sosial-Iqtisadi Kollecdə “Məzun Günü” qeyd edildi. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Sonra kollecin məzun tələbəsi,44 günlük Vətən müharibəsinin iştirakçısı Murad Mənsimov məzun tələbələrə həsr etdiyi mahnını səsləndirdi.

Tədbiri kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov açaraq tələbələri, onların valideyinlərini “Məzun Günü” münasibəti ilə təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Direktor daha sonra Kollecin fəaliyyəti, təhsil sistemi, uğurları haqqında ətraflı məlumat verərək bildirdi ki, bu il kollecin 430 məzunu var və onlar subbakalavr kimi gələcəkdə təhsillərini ali məktəblərdə davam etdimək imkanlarına malikdirlər. Kollecin Azərbaycan Dövlət İqtisad Universtetinin nəzdinə keçdikdən sonra cənab rektor,professor Ədalət Muradovun rəhbərliyi altında yeni,müasir təhsilin inkişafına göstərilən diqqət və qayğıdan da söhbət açdı.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Gündüz Vəliyev çıxışında bildirdi ki, UNEC-in nəzdində Sosial -İqtisadi Kollecdə təhsilin səviyyəsi çox yüksəkdir və tələbələr burada qazandıqları biliklərlə gələcəkdə ölkəmizin inkişafında öz töhfələrini verəcəklər.

Kollecin “Mühasibat Uçotu” şöbəsinin müdiri Şahgül Qardaşəliyev, Qiyabi şöbənin müdiri Elxan Məmmədov çıxış edərək məzunlara gələcəkdə bacarıqlı mütəxəssis kimi cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarını qeyd edərək uğurlar arzuladılar.

“Məzun Günü” bədii hissə ilə davam edib.

YOLUNUZ ACIQ  OLSUN ƏZİZ MƏZUNLAR!

28-06-2022, 15:00
up