Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iş planının 14-cü “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsinin təmin edilməsi” bəndinin icrası ilə bağlı “Gəncliyimiz gələcəyimizdir” mövzusunda növbəti təlim baş tutuи.
Xalidə Kərimova qrup tələbələrinə proqramın məqsədi, bəlanın fəsadları, istifadədən sonra baş verən ümumi dəyişikliklər, narkotik asılılığın cinayətə təşviqi və s. haqda məlumatlar verdikdən sonra tələbələrlə məhəllədə, küçədə,parkda və digər yerlərdə narkotikdən istifadə edən şəxsi gördükdə nə etməli olduğunu, maddə asılığın müalicəsi,ətrafimda narkotik istifadəçisi varsa nə etməliyəm və digər məsələlər haqda müzakirələr apardı.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “802 qaynar xətt” telefon xidmətinin fəaliyyəti haqqında da tələbələr məlumatlandırıldı.
Sonda tələbələrə “Güvən çevrəsi” texnikası tətbiq edildi.