Açıq dərs keçirildi

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “İdarəetmə” şöbəsinin “Kompüter sistemlərində proqram təminatı” ixtisasının 244 saylı qrupunda müəllim Təranə Abdullayevanın “Program control ifadələri. Dövr ifadələri” mövzusunda açıq dərsi keçirildi.

Dərsin Gedişatı

1. Təşkilati hissə

- Dərs açıq elan edildi, iştirakçılar salamlandı.
- Qrupun davamiyyəti yoxlanıldı.
 - Mövzunun aktuallığı barədə qısa giriş verildi.

2. Mövzunun elan olunması

Müəllim dərsin mövzusunu təqdim etdi: “Program control ifadələri və dövr ifadələri”. Bu mövzunun proqramlaşdırmada əhəmiyyəti və praktiki tətbiqləri izah olundu.

3. Tələbələrin təqdimatı (slayd şəklində)

Tələbələr slayd şəklində hazırladıqları təqdimatları nümayiş etdirdilər. Slaydlarda aşağıdakılar əks olundu:
- Control ifadələri (if, else if, else, switch)
- Dövr operatorları (for, while, do-while)
- Alqoritmik nümunələr
 - C# dilində kod nümunələri

4. Praktik hissə — müəllimin xüsusi proqram nümunəsi

Müəllim dərsdə interaktivlik yaratmaq üçün “21 Noyabr Xüsusi Gün” adlı C# proqramı təqdim etdi. 

Proqram dövr operatorlarının tətbiqini nümayiş etdirmək məqsədi daşıyırdı. Kod sətir-sətir izah olundu və tələbələrin sualları cavablandırıldı.

5. Mövzunun möhkəmləndirilməsi üçün müzakirə

Müəllim tələbələrə aşagıdakı istiqamətlərdə suallar verdi:
- Control ifadələrinin tətbiq sahələri
- Dövr operatorlarının fərqləri
- For, while və do-while arasında seçim meyarları
 - Praktiki kod nümunələrinin təhlili

6. Yekun

- Mövzunun əsas məqamları ümumiləşdirildi.
- Tələbələrin təqdimatı və praktiki çalışma yüksək qiymətləndirildi.
- Açıq dərsin məqsədinə çatdığı qeyd edildi.
 - Növbəti dərs üçün tapşırıq verildi.


 

21-11-2025, 01:46
up