
Ağayev Cavad Səfalı oğlu 30 noyabr 1989-cu ildə Masallı rayonu Çaxırlı kəndində anadan olmuşdur.
1996-cı ildə Çaxırlı kənd orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2007-ci ildə həmin məktəbi bitirmişdir.
2007-ci ildə Lənkəran Dövlət Universitetinin qəbul olunmuş, 2011-ci ildə həmin universitetdə “Riyaziyyat və İnformatika” ixtisası üzrə bakalavr təhsilini başa vurmuşdur.
2014-cü ildə Naxçıvan Dövlət Universitetinin qəbul olunmuş, 2018-ci ildə həmin universitetdə “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr təhsilini başa vurmuşdur.
2025-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə hüquqşünas vəzifəsində çalışır.
Ailəlidir, 2 qız, 1 oğlan övladı var.