
Süleymanova Fimar Süleyman qızı 26 noyabr 1981-ci il tarixində Ucar rayonunda anadan olmuşdur.
1987-ci ildə Ucar şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1998-ci ildə həmin məktəbi bitirmişdir.
1998-cü ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə qəbul olunmuş, 2002-ci ildə həmin universitetin “İngilis dili” ixtisası üzrə bakalavr təhsilini başa vurmuşdur.
2002–2005-cu illərdə Azərbaycan Dillər Universitetində “İngilis dili” ixtisası üzrə magistr təhsili almışdır.
2013-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə İnsan Resursları və İnformasiya şöbəsinin müdiri vəzifəsində çalışır.