UNEC-in nəzdində Sosial-İqtisadi Kolleci 60 illik yubleyini qeyd etdi

Sentyabrın 21-də UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin təsis edilməsinin 60 illik yubileyi münasibətilə tədbir keçirilib.Kollecin müəllim-tələbə kollektivinin iştirakı ilə baş tutan yubiley tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Kollecin direktoru,professor Mübariz Hacıbəyov təhsil müəssisəsi barədə ətraflı məlumat verib.

Dünyanın sürətlə inkişaf etdiyini və buna görə də daim yeniliklərə hazır olmağın vacibliyini vurğulayan direktor M.Hacıbəyov daha sonra bu təhsil müəssisəsinin respublikamızın sosial və iqtisadi inkişafında əhəmiyyətli rol oynadığını bildirib

Ömrünün 40 ilini bu təhsil müəssisəsində müxtəlif vəzifələrdə çalışan f.r.e.n.Sabir Süleymanov çıxışında ölkəmizin sosial-iqtisadi inkişafından söz açaraq son dövrlər aparılan uğurlu təhsil siyasətindən,prezident İlham Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışıb

Kollecin müəllimi Təranə Məmmədova da  çıxışında bu təhsil müəssisəsi yarandığı gündən indiyədək dövrün tələblərinə, əmək bazarına uyğun kadrların hazırlanması vəzifəsini layiqincə yerinə yetirdiyini qeyd edib

Tədbirin sonunda direktor Mübariz Hacıbəyov Kollecin kollektivini yubiley münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

 Tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam etdirilib.


Bu gün, 03:35
up