Kollecin tələbələri şəhidlər xiyabanını ziyarət ediblər
27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecin tələbələri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Tələbələr şəhidlərimizin göstərdikləri igidlik və vətənpərvərlik nümunələri ilə yaxından tanış olublar.
Tələbələr qəhrəmanlarımızla böyük qürur duyduqlarını bildirərək onların əziz xatirəsini dərin hörmətlə yad ediblər.

