Məmmədova Xanım Rafiq qızı 15 fevral 1988-ci il tarixində Qubadlı rayonunda anadan olub.
2005-ci ildə Sumqayıtda “İstedad” liseyini bitirib və Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 2009-cu ildə “Filoloq. Azərbaycan dili və ədəbiyyatı müəllimi” ixtisası üzrə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra, 2009-2011-ci illərdə Bakı Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” ixtisası üzrə magistr təhsilini də fərqlənmə diplomu ilə başa vurmuşdur.
Xanım Məmmədova 2013-cü ilin yanvar ayından Azərbaycan Texniki Universitetində Tələbələrin Elmi Tədqiqat İşi və Yaradıcılığı üzrə Respublika Şurasında böyük laborant kimi əmək fəaliyyətinə başlamışdır. 2013-cü ilin aprel ayından həmin Şurada elmi işçi vəzifəsinə keçirilmişdir. 2016-cı ilin sentyabr ayında Bakı Dövlət Sosial – İqtisadi Kollecində tyutor vəzifəsinə, 2016-cı ilin noyabr ayında isə “Qeydiyyat, qiymətləndirmə və monitorinq” şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. O, 2021-ci ilin sentyabr ayından “Keyfiyyətin təminatı” bölməsinin müdiri işləyib. 2023-cü ildən UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.