“İdarəetmə” şöbəsi



Mən Alışov Vaqif Abdulxan oğlu 16 fevral 1969 - cu ildə Biləsuvar rayon Nəsimikənd kəndində anadan olmuşam. 1976-1986- cı illərdə Nəsimikənd tam orta məktəbində təhsil almışam. 

1987-1989-cu illərdə sovet ordusunun tərkibində Əfqanıstan Respublikasında beynəlmiləl döyüşçü kimi xidmət etmişəm. 

1990-cı ildə Bakı Dövlət Universitetinin tarix fakultəsinə qəbul olmuşam. 1991- 1994-cü illərdə Azərbaycan Respublikasının Suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlədə iştirak etmişəm.

2000-ci ildən  ADİU nəzdində Sosial İqtisadi Kollecdə pedoqoji fəaliyyətə başlamışam. 2011-2014-cü illərdə metodkabinet müdiri, 2014-2016-cı illərdə qiyabi şöbə üzrə metodist vəzifələrini icra etmişəm. 2018-ci ildən ADİU nəzdində Sosial İqtisadi Kollecin İdarəetmə şöbəsinin müdiri vəzifəsini icra edirəm.

2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının işğaldan azad edilməsi uğrunda başlayan 44 günlük Bətən Müharibəsində könüllü olaraq iştirak etmişəm. 

Azərbaycan Respublikasının Suverenliyi və ərazi bütövlüyünün təmin olunmasında xidmətlərimə görə 16 may 2025-ci il tarixində Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunmuşam. 

Ailəliyəm, iki övladım var.

up