15 fevral 2022–ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə Pedaqoji Şuranın iclası keçirildi. İclasın gündəliyində duran məsələlərlə bağlı məsul şəxslərin çıxışları dinlənildi. Ümumilikdə aşağıda qeyd edilən məsələlər müzakirə olundu:
Kollecin direktoru, Pedaqoji Şuranın sədri, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov Şura iclasını giriş sözü ilə açdıqdan sonra 1–ci məsələ ilə bağlı söz tədris işləri üzrə direktor müavini Sabir Süleymanova verildi. Məruzəçi çıxışında payız semestrinin imtahan sessiyasının təşkili və nəticələri üzrə statistik məlumatları nəzərə çatdırdı.
Sonra 2-ci məsələ ilə bağlı “Sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev, 3-cü məsələ üzrə “Arxiv işi və sosial iş” fənn birləşmə komissiyasının sədri Eynulla Musayev, “İnformatika” fənn birləşmə komissiyasının sədri Gülnarə Alyarova, 4-cü məsələ ilə bağlı isə Pedaqoji Şuranın katibi Səbinə Rəhimova çıxış edərək müvafiq məlumatları iclas iştirakçılarının nəzərinə çatdırdılar.
Sonda cari məsələlər ilə bağlı Kollecin direktoru, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov COVİD–19–a qarşı mübarizədə vaksinasiyanın kütləvi şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayaraq, Kollecimizdə də bu istiqamətdə maariflənmə işlərinin yüksək səviyyədə aparıldığını qeyd etdi. Daha sonra “Maliyyə” FBK-nın müəllimi Rasim Abasquliyevi 50 illik yubileyi münasibəti ilə kollektiv adından təbrik edib, fəxri fərmanla təltif edilməsi barədə tapşırıq verdi.