Kollecdə 12 noyabr – Konstitusiya Günü ilə əlaqədar debat kecirildi

UNEC nəzdində Sosial İqtisadi Kollecin “Kargüzarlıq və sosial iş” FBK-nın sədri Eynulla Musayev bu əlamətdar gün münasibəti ilə debat iştirakçılarını təbrik etmiş, Konstitusiyanın yaranmasını şərtləndirən tarixi səbəblərdən danışmışdır. 

Qeyd etmişdir ki,  Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü konstitusiyasıdır. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. O da vurğulanıb ki, bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. 

“Kargüzarlıq və Arxiv işi” ixtisasının 328-ci qrup tələbələrindən Vəliyeva Zeynəb, Dadaşova Nurcan, Abdullayeva Xanım, Əliyeva Əsmər,Quliyeva Fatimə İsmayılzadə, Xədicə Əsədzadə, Arzu Məmmədova və Mədinə Məmişova Mədinə debatda aktiv iştirak etmişlər.



12-11-2025, 03:23
up