Metodiki kabinet


2 noyabr 1957-ci ildə  Tovuz rayonunun Yanıxpəyə kəndində anadan olub. 

1974-cü ildə Bakıdakı 158 nömrəli tam orta məktəbi bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsinə daxil olub. 1979-cu uldə “Riyaziyyatçı. Riyaziyyat müəllimi” ixtisası üzrə universiteti bitirdikdən sonra AZEA-nin Kibernetika İnstitutunda (indiki АМЕА Idarəetmə Sistemləri İnstitutu) baş laborant kimi təyinatla işə başlayıb, 1982-ci ildə orada “Hesablama riyaziyyatı” ixtisası üzrə əyani aspiranturaya daxil olub. Aspiranturada professor V. L. Danilov (Moskva) və dosent K. F. Şirinovun rəhbərliyi altında tədqiqat aparb. 

1985-ci ildən Kibernetika institutunda kiçik elmi işçi işləyib. 1991-ci ildə köçürmə yolu ilə Bakı Plan-İqtisad Texnikumuna (indiki UNEC-in nəzdində Sosial-İqtisadi Kollec) müəllim keçib, 1999-cu ildən orada əyani şöbənin müdiri, 2011-ci  ildən isə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.  2022-ci ildə kollecdə metodiki kabinetin müdiri təyin edilib.

1986-1992-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan  Dövlət  Neft və Sənaye Universiteti) «Tətbiqi riyaziyyat kafedrasında», 1997-1999-cu illərdə Bakı Dövlət Universitetinin «Riyaziyyat» kafedrasında saat hesabı ilə dərs aparıb. 1993-1999-cu illərdə kollecin”İnformatika” fənn birləşmə komsissiyasının sədri olub. 

1992-ci ildə ”Qarışan mayelərin qeyri-stasionar süzülmə məsələləırinin ədədi modelləşdirilməsi” mövzusinda “Hesablama riyaziyyatı” ixtisası üzrə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. Tətbiqi riyaziyyat və informatika sahəsində elmi-pedaqoji məqalələrin, kolleclər üçün Təhsil Nazirliyinin qrifini almış ondan çox fənn proqramının, “Kompüterdə iqtisad-riyazi modelləşdirmənin elementləri” adlı dərs vəsaitinin, “Riyaziyyatdan testlər” və “EXCEL elektron cədvəlində iş üzrə praktikum” adlı metodik vəsaitlərin müəllifidir.

Ailəlidir, üç övladı, yeddi nəvəsi var.

up