"Davranış riski amilləri" mövzusunda seminar kecirildi


"Davranış riski amilləri" mövzusuda UNEC nəzdində Sosial İqtisadi Kollecin tələbələri üçün psixoloq Xalidə Kərimova silsilə seminarlar təşkil etdi. Seminarlarda davranış riski amilləri, insanın rifahını təhlükəyə atmağa səbəb olan vərdişlər, həyat tərzi və ya ətraf mühitin təsiri haqda məlumat verərək davranış riskinin fiziki və psixoloji sağlamlıq problemlərinə bilavasitə yol açdığını, belə davranışın həyat keyfiyyətininin aşağı salmağı ilə nəticələndiyini vurğuladı. 

Davranış riskinin növlərinin-zərərli vərdişlər, hərəkətsizlik, psixoloji sağlamlıq problemləri, stress və depressiya, sosial izolyasiya və s. olduğunu qeyd edərək fiziki sağlamlıq üzərindəki təsirləri-immunitet sisteminin zəifləməsi, siqaret, alkoqol və qeyri-sağlam qidalanma vərdişləri, yüksək stres səviyyəsi və s. haqda məlumat verdi. Həmçinin davranış riskinin psixoloji rifahın azalmasına-stress, tənhalıq və emosional pozuntular, tələbələrin akademik və sosial həyatlarına mənfi təsir etdiyi haqda da tələbələri məlumatlandırdı. 

Tələbələr, sağlam həyat tərzini mənimsəyərək və zərərli vərdişlərdən imtina etmələri üçün öz fikirlərini bildirdilər. 

27-10-2025, 05:29
up