
Aytən Fəxrətdin qızı Piriyeva 25.04.1991-ci ildə Bakı şəhərində anadan olub.
2010-cu ildə Bakı Slavyan Universitetinin “Jurnalistika və Azərbaycan filologiyası” fakültəsinə daxil olub. 2014-cü ildə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə universiteti fərqlənmə diplomu ilə bitirib. 2020-ci ildə isə Odlar Yurdu Universitetində “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodilogiyası” ixtisası üzrə magistr təhsilini başa vurub.
Aytən Piriyeva əmək fəaliyyətinə 2014-cü ildə Bakı Sənaye-Pedaqoji Kollecində laborant vəzifəsi ilə başlamışdır. 2015-ci ildə həmin Kollecdə tyutor vəzifəsinə keçirilmişdir. 2017-ci il aprel ayından Bakı Dövlət Sosial-İqtisadi Kollecində tədris hissə katibi, kargüzar və tyutor vəzifələrində çalışıb. 25.04.2023-cü il tarixindən ADİU-nun nəzdində Sosial-İqtisadi Kollecində “Keyfiyyətin təminatı bölməsi”nin müdiri vəzifəsində çalışır.
Ailəlidir,bir övladı var.