Sosial və humanitar məsələlər üzrə direktor müavini Bəşir Əliyev Kollecə təqdim edilib

Sosial və humanitar məsələlər üzrə direktor müavini Bəşir Əliyev  Kollecə təqdim edilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) nəzdində  Sosial-İqtisadi Kollecdə yeni təyinatla bağlı təqdimat keçirilib. Tədbir çərçivəsində sosial və humanitar məsələlər üzrə direktor müavini vəzifəsinə təyin olunan Bəşir Əliyev kollecin kollektivinə təqdim olunub.
Təqdimat zamanı çıxış edən kollecin direktoru Mübariz Hacıbəyov Bəşir Əliyevin sosial və humanitar sahələr üzrə fəaliyyətin təşkili, tələbələrin sosial rifahının yaxşılaşdırılması, tərbiyəvi işlərin gücləndirilməsi və humanitar dəyərlərin təşviqi istiqamətində mühüm töhfələr verəcəyinə əminlik ifadə edib.
Bildirilib ki, yeni direktor müavininin fəaliyyəti kollecdə sağlam sosial mühitin formalaşdırılmasına və tədris prosesinin daha da səmərəli təşkilinə xidmət edəcək.
Kollektiv adından Bəşir Əliyevə yeni vəzifəsində uğurlar arzulanıb.



Bu gün, 14:57
up