Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın əmri ilə Mübariz Qafarşah oğlu Hacıbəyov UNEC nəzdində Sosial İqtisadi Kollecin direktoru vəzifəsinə təyin olunub.
M.Hacıbəyov Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 2005-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru, 2018-ci ildə isə riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.
Qeyd edək ki, M.Hacıbəyov bu təyinatadək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri, Elm və Təhsil Nazirliyinin tabeliyində olan Riyaziyyat və Mexanika İnstitutunda və Milli Aviasiya Akademiyasında Ali riyaziyyat kafedrasının professoru vəzifəsini icra edib.