Kollecdə “Hüquqi dövlətin əsas qanunu”mövzusu müzakirə olundu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin  18 mart 2025-ci il tarixli 3-29/3-2-128F/2025 nömrəli əmrinin  icrası ilə əlaqədar olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının icrası davam edir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə “Karguzarlıq və arxiv işi”FBK-nın təşkilatcılığı ilə “İdarəetmə”şöbəsinin “Karguzarlıq və arxiv işi”ixtisasının 327-ci qrupunda “Hüquqi dövlətin əsas qanunu”mövzusunda xüsusi dərs təşkil olunmuşdur.
Kollecdə “Karguzarlıq və arxiv işi”FBK-nın sərdi Eynulla Musayev tələbələrin nəzinə catdırmışdır ki, Qanunun aliliyi prinsipi hüquqi dövlətin əsas əlaməti kimi öz əksini XVIII əsr "İnsanın və Vətəndaşın Hüquqları haqqında Bəyannamə"də və bu sənədin varisi olan "Ümumdünya İnsan hüquqları Bəyannaməsi"ndə (1948) öz əksini tapmışdır. "İnsanın və Vətəndaşın Hüquqları haqqında Bəyannamə"nin 5, 6, 7 və 8-ci maddələrində qanunun aliliyi göstərilmişdir: "Qanun yalnız cəmiyyətə zərərli olan hərəkətləri qadağan etmək hüququna malikdir. Qanunla qadağan olunmayan hər şeyə icazə verilir və qanunla nəzərdə tutulmayanları etməyə heç kəsi məcbur etmək olmaz.Qanun ümumi iradənin ifadəsidir. Bütün vətəndaşlar şəxsən, yaxud nümayəndələri vasitəsilə qanunun yaradılmasında iştirak etmək hüququna malikdir. Qanun hamı üçün olmalıdır, o, qoruyur, yaxud cəzalandırır. Bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər və ona görə də qabiliyyətlərinə uyğun olaraq, şəxsi keyfiyyətlərini və istedadlarını şərtləndirən fərqlərdən başqa hər hansı fərqdən asılı olmayaraq, bütün ictimai mənsəbləri, yerləri və yaxud vəzifələri tutmaq hüququna malikdirlər.
Heç kəs qanunda nəzərdə tutulandan və onun nəzərdə tutduğu prosedurlardan irəli gələnlərdən başqa heç bir halda ittiham edilə, saxlanıla, yaxud həbs edilə bilməz. Özbaşınalıqla sorğu-suala tutan, əmr verən, onu icra və yaxud icraya məcbur edən hər kəs cəza almalıdır; qanunun hökmü ilə çağırılmış, yaxud saxlanılmış hər bir vətəndaş ona sözsüz tabe olmalıdır; o, müqavimət göstərdiyi halda məsuliyyət daşıyır.
Qanun yalnız ciddi və şəksiz zəruri cəzalar müəyyən etməlidir; heç kəs qanun pozuntusundan əvvəl qəbul olunmamış və xalqa elan edilməmiş, müvafiq qaydada tətbiq edilməmiş qanunla cəzalandırıla bilməz".
Qanunun aliliyi xalqın ümumi iradəsinin suverenliyinə əsaslanır.
Müzakirələr zamanı tələbələrdən Könül İsayeva, Zeynəb Nəcəfova cıxış edərək bildiriblər ki, Qanunların aliliyini şərtləndirən əsas sənəd Konstitusiyamızdır. Ölkəmizdə Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan qanundur. Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq sisteminin əsasını təşkil edir. Digər tərəfdən Konstitusiya - dövlətin bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir.
Hüquqi dövlət, demokratik cəmiyyət hər kəsin arzuladığı bir sistemdir. Artıq Azərbaycanda bu sistem formalaşıb və hər birimiz ədalətli, azad və güvənilən sistem olan hüquqi dövlətimizin bu əsas xüsusiyyətinə sahib çıxmalıyıq. Və kimliyindən asılı olmayaraq, hər birimiz hüququn aliliyi prinsipinin qorunmasında, suverenliyimizin möhkəmlənməsində dövlətimizə yardımçı olmalıyıq.

25-04-2025, 15:31
up