Zaur Fazil oğlu Vəliyev 1976-cı ildə Ağdam rayonunun Ətyeməzli kəndində anadan olmuşdur. 1981-ci ildə Ağdam rayonu Ətyeməzli kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 1991-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitunun "Tarix, əlavə dövlət hüqüqü" fakültəsinə daxil olmuşdur. 1996-cı ildə həmin institutun "Tarix və hüqüq müəllimliyi" ixtisasını bitirmişdir.
1996-cı ildə "Ədalət" qəzetində müxbir kimi əmək fəaliyyətinə başlamışdır. 1997-ci ildə MN-nin N saylı hərbi hissəsinin təbliğat və təşviqat qrupunda həqiqi hərbi xidmətdə olmuşdur. 1998-ci ildə hərbi xidmətini başa vurub yenidən "Ədalət" qəzetində müxbir, şöbə müdiri vəzifəsində çalışmışdır.
2008-ci ildən Bakı Dövlət Sosial-İqtisadi Kollecində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır.
Elm və Təhsil Nazirliyinin 08.12.2022 tarixli F-699 nömrəli əmri ilə təsdiq edilmiş orta ixtisas təhsili müəssisələri üçün "Azərbaycan Tarixi" dərs vəsaitinin müəllifidir.
2021-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə Sosial və Humanitar məsələlər üzrə direktor müavini vəzifəsində çalışır.
Ailəlidir, üç övladı var.