ADİU-nun nəzdində Sosial-İqtisadi Kollecdə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib

ADİU-nun nəzdində Sosial-İqtisadi Kollecdə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib

ADİU-nun nəzdində Sosial-İqtisadi Kollecdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bayram proqramı çərçivəsində tələbələrin hazırladığı maraqlı və əyləncəli səhnəciklər nümayiş etdirilib, milli rəqslərlə yanaşı xarici ölkələrə məxsus rəqslər də ifa olunub, vətənpərvərlik və bayram ruhunda mahnılar səsləndirilib. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə Sosial-İqtisadi Kollecin direktoru Mübariz Hacıbəyov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətini vurğulayıb, tələbələri milli-mənəvi dəyərlərə sadiq olmağa çağırıb və onları qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.
Sonda kollec rəhbərliyi tərəfindən təhsil və ictimai fəaliyyətdə fərqlənən tələbələr təşəkkürnamələrlə mükafatlandırılıb.


Dünən, 22:58
up