Təsərrüfat şöbəsi


Gülməmmədov Elvin Bahar oğlu 16 avqust 1995-ci il tarixində Xaçmaz rayonu Köhnə Xudat kəndində anadan olmuşdur.

2001-ci ildə Xudat şəhər K. Məhərrəmov adına 3 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəbi bitirmişdir.

2013-cü ildə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunmuş, 2017-ci ildə həmin universitetin “Tarix müəllimliyi” ixtisası üzrə bakalavr təhsilini başa vurmuşdur.

2017–2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə magistr təhsili almışdır.

2025-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışır.

Ailəlidir.

up