
Şahgül Qardaşəliyev Ayətşah oğlu 26 iyul 1973-cü ildə Bakı şəhərində anadan olub.
1980-ci ildə Sabunçu rayonu 252 №-li orta məktəbin 1-ci sinfinə daxil olub və həmin məktəbi 1990-cı ildə bitirib.
1990-cı ildə Azərbaycan Texnologiya Universitetinin Əmtəəşünaslıq fakültəsinə daxil olub.
Hal-hazırda fakültə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdindədir.
1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə ilə bitirib.
Universiteti bitirdikdən sonra 1995-1997-ci illərdə “N” saylı hərbi hissədə hərbi xidmətdə olub.
01.09.2001-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisad Kollecində İqdisadçı-müəllim vəzifəsində əmək fəaliyyətinə başlayıb.
15.09.2018-ci ildən etibarən həmin kollecdə Mühasibat uçotu şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirib.
15.09.2020-ci ildən etibarən Sabunçu rayonu Təhsil İşçilərinin Azad
Həmkarlar Komitəsində kollecin yerli həmkarlar təşkilatının sədri vəzifəsində fəaliyyətə başlayıb və hal-hazırda davam etdirir.
Sabunçu rayonu A.Bakıxanov qəsəbəsi Ə.Bakıxanov küçəsi Ev 13 ünvanında yaşayır və həmin ünvanda daimi qeydiyyatdadır.
Ailəlidir. 3 övladı var.