“Sağlam gənclik sağlam gələcək” mövzusunda Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin psixoloqu Xalidə Kərimova 13.03.2025-ci ildə “Bank işi” ixtisası üzrə 467 saylı qrupda seminar keçirdi. Seminarda tələbələrə zərərli vərdişlərin insana vurduğu ziyan, onların sosial, fiziki və psixoloji problemlərə yol açdığı, zərərli vərdişlərlə mübarizə zamanı ailə dəstəyi, reabilitasiya mərkəzləri, o cümlədən reabilitasiya prosesinin necə işlədiyi haqda tələbələr məlumatlandırıldı.
Sağlam həyat tərzi ilə zərərli vərdişlərin qarşısının alınması, sağlamlığın yaxşılaşdırılması, sağlam həyat tərzinin bizə məqsəd və vəzifələrimizə çatmağa, planlarımızı uğurla həyata keçirməyə, çətinliklərin öhdəsindən gəlməyə və s. kömək etdiyi barədə tələbələrlə diskusiya aparıldı.
Mövzu üzrə tələbələr sağlam həyat tərzinin hər bir fərd və bütövlükdə cəmiyyət üçün əvəzsiz bir xəzinə olduğunu, onu qorumağın yolları haqda fikirlərini bildirdilər.