Kollecdə “Bərk məişət tullantılarının sağlam həyat tərzimizdə rolu” adlı nümunəvi dərs keçirilib

Məlum olduğu kimi bərk tullantılar ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərərək qlobal problemlər yaradır. Bu təsirlərə torpağın, su ehtiyatlarının çirklənməsi və havaya zərərli qazların buraxılması daxildir. “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə bir çox işlər görülüb.
UNEC nəzdində Sosial İqtisadi Kollecdə “İqtisadiyyat” FBK-nın müəllimi Rəna Nəsirovanın təşəbbüsü ilə “Bərk məişət tullantılarının sağlam həyat tərzimizdə rolu” mövzusunda nümünəvi dərsi keçirildi. Tələbələrə “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üçün hazırlanan Tədbirlər Planına müvafiq olaraq görülən işlər barədə məlumat verildi.
Qeyd olundu ki, son illərdə ekoloji problemlərin sürətlə artması və iqlim dəyişikliyinin təsirlərinin daha qabarıq şəkildə hiss olunması dünya dövlətlərini davamlı inkişaf modelləri axtarışına sövq edir. Ətraf mühitin qorunması və iqtisadi inkişafın uyğunlaşdırılmasını hədəfləyən “yaşıl iqtisadiyyat” modeli strateji əhəmiyyət kəsb edir. Yaşıl iqtisadiyyat, iqtisadi fəaliyyətlərin ətraf mühitə təsirlərini azaltmağı, bərpa olunan enerji mənbələrinin tətbiqini təşviq etməyi və təbii resurslardan səmərəli istifadəni prioritetləşdirən iqtisadi sistemdir.
Azərbaycanda bu effektivliyin artırılması, mühafizə olunması, istehsal texnologiyalarının modernləşdilrilməsi və tullantıların idarə edilməsi kimi sahələrə diqqət yetirilir. Bu baxımdan Azərbaycanda həyata keçirilən təkrar emal texnologiyası yaşıl iqtisadiyyatın inkişafına, rəqabət qabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Bu gün tullantıların emalının iqlim dəyişikliyinə təsiri ilə bağlı fikirlər də dəyişib, hazırda bir sahədə tullantı sayılan məhsul digər sahə üçün unikal xammaldır.Təkrar emal yenidən istifadəsi mümkün olan materialların dövlət tərəfindən bərk məişət tullantılarının idarə edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açan R.Nəsirova daha sonra qeyd etdi ki, bu sahədə hər kəsin üzərinə düşən vəzifələri bilməsi vacibdir. 2024-cü ildə Azərbaycan dünyada ən böyük beynəlxalq tədbirə–BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi. Belə bir sanballı beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin “yaşıl” iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Ölkəmizin COP29-a ev sahibliyi etməsi respublikamızın beynəlxalq nüfuzu baxımından mühüm önəm daşıyır. Prezidentimiz cənab İlham Əliyev həyata keçirilən layihələrə müşahidəçi yox, iştirakçı və təşkilatçı kimi qoşulduğumuzu dünyaya bir daha nümayiş etdirdi, dünya ölkələri liderlərini Bakıya topladı və onların diqqətini bəşəri ekoloji problemlərin həllinə yönəltdi. COP29 nəinki Azərbaycanın, bütövlüklə kainatın iqlim böhranını həll etmək üçün bir platforma rolunu oynadı.
Bərk tullantılarının təkrar emalı bütün dünyada ətraf mühitin çirklənməsi problemlərinə qarşı mübarizədə mühüm rol oynayır. Bərk tullantıların təkrar emalı təbii ehtiyatların istehlakına qənaət etməklə bərabər ekoloji cəhətdən zərərli tullantıların miqdarının azalması ilə nəticələnir. Buna görə tullantıların təkrar emalı ətraf mühitin qorunmasında mühüm amildir.Maarifləndirmə işinin əhəmiyyətindən, bərk məişət tullantılarının ətraf mühitə və insan sağlamlığına vurduğu zərərdən danışan R.Nəsirova daha sonra bu gün ölkəmizin iqtisadiyyatına təkrar emaldan gələn gəlirin dövlətimizin uğuru olduğunu vurğuladı.

Sonda mövzu haqqında tələbələrlə fikir mübadiləsi aparıldı.

15-05-2025, 17:31
up