25 senyabr 2025-ci ildə UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qruplarla “Etik davranış-güvən təməli” mövzusunda “Sosial iş” ixisası ilə maarifləndirici seminar keçirildi. Seminarda kollecin psixoloqu Xalidə Kərimova mövzu üzrə təhsil və iş mühitində davranış standartları-əməkdaşların qrup, təşkilat və s. daxilində, həmçinin digər tərəfdaşlarla münasibətlərdə riayət etməli olduğu etik, hüquqi və peşəkar qaydalar toplusu haqqında geniş və ətraflı məlumat verdi. Sosial işçinin bu standartlara riayət etdikdə iş mühitində etik və peşəkar davranışın əsaslarını qorumasına, əməkdaşlar arasında sağlam münasibətlərin qurulması təşkilatın ümumi effektivliyinin artmasına və s. müsbət təsir göstərdiyini bildirdi. “Davranışımız kimliyimizi əks etdirir.”, “Şəxsi məsuliyyət və nümunəvi davranış”, “Əməkdaşlıq, şəffaflıq, hörmət mədəniyyəti” və s. istiqamatlərdə də söhbət aparıldı. İştirakçılar mövzu ətrafında diskusiya apararaq şəxsi məsuliyyət, nümunəvi davranışa dair fikirlərini bildirdilər. Sonra “Etik mühitin qurulması üçün nə etməliyik?” sualını tələbələr şəxsi fikirləri ilə cavablandırdılar.