Sosial İqtisadi Kollecin tələbələri sərgidə olub

Bu gün UNEC nəzdində Sosial İqtisadi Kollecin bir qrup müəllim və tələbə heyəti  Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində baş tutan XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər. 

Sərgi "Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi" mövzusuna həsr olunub.

Qeyd edək ki, sərgidə 23 ölkədən 68 xarici təşkilat (Türkiyə, İtaliya, ABŞ, Argentina, İngiltərə, Litva, Qətər, İndoneziya, İspaniya, Çin, Cənubi Koreya və s.) və 123 yerli nəşriyyat, poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə iştirak edir. İspaniya, Küveyt və İndoneziya Bakı sərgisinə ilk dəfə qatılır.

Sərgi çərçivəsində kollecin tələbələri Azərbaycan Dövlət İqtisad Universtetinin UNEC stendini ziyarət ediblər. Maliyyə ixtisasında təhsil alan tələbələr UNEC-in təqdim etdiyi yeni maliyyə dərsliklərlə tanış olublar. Təqdim edilən nəşrlər tələbələrin nəzəri biliklərinin artırılmasına və maliyyə sahəsində müasir yanaşmaların mənimsənilməsinə xidmət edir.

Tələbələr sərgidə gördükləri yeniliklərdən və təqdim olunan dərs vəsaitlərindən böyük məmnunluq ifadə ediblər.


 

6-10-2025, 06:09
up