10 oktyabr “Ümumdünya Psixi sağlamlıq Günü” ilə bağlı olaraq UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə “Psixi sağlamlıq” mövzusunda psixoloq Xalidə Kərimova qrup tələbələri ilə seminar keçirdi. Mövzuya uyğun olaraq Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə təsis edilmiş oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edildiyini tələbələrin diqqətinə çatdırdı. Bu günün əsas məqsədi psixi sağlamlıqla bağlı maarifləndirməni artırmaq, ruh sağlığı məsələlərini gündəmə gətirmək, ayrıseçkiliyi azaltmaq, dəstək və yardım yolları barədə məlumat yaymaq, psixi sağlamlıq xidmətlərinə çıxışın yaxşılaşdırılmasına çağırış etmək və s. olduğunu vurğuladı. Ümumdünya Psixi Sağlamlıq Günü təkcə xəstəliyi deyil, “sağlamlığı” təbliğ etdiyini tələbələrə çatdırdı. Azərbaycanda psixoloji dəstək imkanları, psixoloji yardımın əlçatan olduğunu və yardım almağın zəiflik olmadığı barədə də izahat verdi. Seminarın sonunda iştirakçılarla praktiki iş aparıldı.