Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən dörd il ötür

UNEC-in nədində Sosial İqtisadi Kollecin hərbi müəllimi Xəlil Hüseynov tələbələrə  Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsinin azad olunması ilə bağlı nümunəvi dərs təşkil etmişdir. Dərs zamanı tələbərə oktyabrın 9-da Hadrut qəsəbəsinin və daha 8 yaşayış məntəqəsinin işğaldan azad edildiyi və bununla bağlı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci il oktyabrın 9-da xalqa müraciəti ilə bağlı ətraflı məlumat vermişdir.
Bundan başqa aparılan uğurlu əməliyyatlar zamanı Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı, Tərtər rayonunun Çaylı, Xocavənd rayonunun Sor
kəndlərinin azad olunduğu tələbələrin nəzərinə catdırılmışdır.
 Qeyd olunmuşdur ki, Hadrutun azad edilməsi 44 günlük müharibənin əsas dönüş nöqtələrindən hesab olunur.

9-10-2024, 13:47
up