Əziz Qubadlı, sən Azadsan!

“25 oktyabr tarixi - 2020-ci ilin 27 sentyabrında başlamış və 44 gün tamamında Azərbaycanın şanlı Zəfəri ilə başa çatmış müharibənin gedişatında önəmli dönüş nöqtəsi oldu.
Qubadlının qurtuluş əməliyyatı bir neçə gün çəkdi. Çünki şəhərdə ermənilər güclü istehkamlar qurmuş, möhkəmlənmişdi və Qubadlı Ermənistanla həmhüdud olduğu üçün işğalçı qüvvələrin əlavə, operativ dəstək imkanları vardı”.
Bu sözləri UNEC-in nədində Sosial İqtisadi Kollecin hərbi müəllimi Xəlil Hüseynov tələbələrə Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində Qubadlı rayonunun və ətraf kəndlərin azad olunması ilə bağlı qruplarda kecirdiyi nümunəvi dərs zamanı demişdir. 
Qubadlını azad etmək üşün kecirdiyi hərbi əməliyyatlardan söz acan Xəlil müəllim daha sönra qeyd edib ki, rayonu azad etmək üşün Azərbaycan Ordusu ilk növbədə, yüksəkliklərin götürülməli olduğunu yaxşı bilirdi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm surətdə hərbçilərimizə atəş açırdı. Ermənistan ordusu şəhərin girəcəyində hərbi baza yaratmışdı. Ətraf yüksəkliklərdə erməni ordusunun hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu, Əfəndilər, Yusifbəyli, Çaytumas, Mollabürhan kəndləri azad edildi və strateji yüksəkliklər ələ keçirildi.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən ordumuzun əsgər və zabitləri oktyabrın 25-də Qubadlını işğaldan azad etdilər. Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Qubadlı şəhəri və rayonun 41 kəndi işğalçılardan təmizləndi.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il dekabrın 23-də Qubadlıda səfərində bildirdi ki: “Şəhərdən əsər-əlamət qalmayıb, bütün binalar dağıdılıb, sökülüb və yol boyunca Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bütün kəndləri, qəsəbələri dağıdılıb. Ancaq burada, şəhərin girəcəyində düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi. Onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi” Azərbaycan Ordusu asan olmayan bu məsələni qüdrətiylə həll etdi.Qubadlının işğaldan azad edilməsi erməniliyin mahiyyətini bir daha açdı. Məlum oldu ki, işğal edilmiş ərazilərdə erməni vandalizmi sözlə ifadə edilməsi mümkün olmayan dağıntılar, vəhşiliklər törədib. Qubadlıda müəyyən niyyətlə xaricdən gətirilmiş ermənilər üçün Xanlıqda qəsəbə salınıb. Bu, ermənilərin Azərbaycan ərazisində məskunlaşdırılma prosesinin davamı idi. Azərbaycan Ordusu bu prosesi də işğal kimi darmadağın etdi. Qubadlıda törədilmiş dağıntılar da, Xanlıqda salınmış qəsəbə də müharibə cinayətləridir. Bu cinayətlərə nə Ermənistanın özü, nə də onu İkinci Qarabağ müharibəsindən sonra dəstəkləyən dövlətlər də heç nə ilə bəraət qazandıra bilməz. Ermənistan bu cinayətlərə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir. Bu gün işğaldan azad edilən bütün ərazilər, o cümlədən Qubadlı öz tarixinin ən parlaq və qürurverici günlərinə şahidlik edir. Müzəffər Ali Baş Komandanın, yenilməz ordumuzun, vətənpərvər oğulların sayəsində bu gün qürurla deyirik ki, Qubadlımız, sən bizimsən. Daha qubadlıların başlarının üstündən güllələr uçuşmayacaq, göz işlədikcə uzanıb gedən çöllərində güllər pərvazlanacaq, dağı-yamacı mərmilərlə deyil, lalələrlə, nərgizlərlə bəzənəcək. Qubadlı rayonu əvvəlkindən də gözəl olacaq. Çünki Qubadlı iki ildir ki, azaddır və burada həyat yenidən canlanır. Bu xöşbəxtliyi bizə yaşadan Qubadlının və digər rayonların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən şəhidlərimizin əziz ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. 25 oktyabr münasibətilə bütün Qubadlı rayon əhalisini, onların timsalında bütün keçmiş məcburi köçkünləri, o cümlədən, Azərbaycan xalqını bu əziz gün münasibətilə təbrik edirəm”.
2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrundaşiddətli döyüşlərgedib, Azərbaycan şəhidlər verib. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş igidin adını çəkmək olar.

25-10-2024, 13:30
up