Tələbə-rektor və tələbə təşkilatlarına sədr seçkilərinə start verilir!



UNEC-də tələbə-rektor və tələbə təşkilatlarına sədr seçkiləri yeni qaydada təşkil olunacaq. Aşağıdakı tələbə strukturlarına seçkilər elan olunur:
  • Tələbə-rektor
  • Tələbə Elmi Cəmiyyəti
  • Tələbə Gənclər Təşkilatı
  • İqtisadçı Vətənpərvərlər Təşkilatı
  • UNEC Könüllüləri Təşkilatı
  • Rəqəmsal Könüllülər Təşkilatı
  • UNEC Future Club
Qeyd olunan tələbə təşkilatlarına sədr seçkilərinə qatılmaq istəyən namizədlər üçün tələblər:
  • ÜOMG 71-dən az olmamalı;
  • Əyani şöbədə təhsil almalı;
  • Konfrans / müsabiqə / ictimai tədbirlərdə iştirakını təsdiqləyən sertifikat / diplom / fəxri fərmanlarının olmalı;
  • Xarici dil biliyi sertifikatının olması üstünlükdür.
27-12-2021, 14:55
up