Kollecin şəhid tələbələri yad edilib

Oktyabrın 15-i UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin şəhid tələbəsi Əkbər Hüseynlinin  doğum günü, Şaiq Kəlbiyevin isə şəhadətə yüksəldiyi gündür. Bu münasibətlə oktyabrın 14-ü kollecdə tələbə şəhidlərimizin əziz xatirəsi anılıb. Öncə dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Hər iki növbə üzrə ilk dərslər şəhidlərimizin keçdiyi qəhrəmanlıq yoluna həsr olunub.Eyni zamanda dərslərdə müəllimlər tərəfindən  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qətiyyətli qələbəsindən söhbət açılıb, şəhidlərimizin müqəddəs amal uğrunda döyüşdüyü bildirilib.
Sonra Kollecin tələbələri şəhidləri tərənnüm edən şeirlər səsləndirib, Ali Baş komandan İlham Əliyevin xalqa müraciəti, şəhid-tələbələrimizin  xatirəsinə hazırlanmış videoçarxlar numayiş olunub.
14-10-2022, 16:30
up