UNEC-in Elektron kitabxanası Sosial-İqtisadi Kollecin müəllim və tələbələrinin istifadəsinə verilib
Sosial-İqtisadi Kollecin müəllim heyəti və tələbələr UNEC-in elektron kitabxanasından istifadə edə biləcəklər. Tələbələr elektron kitabxanadan istifadə qaydaları barədə məlumatlandırılıblar. Elektron kitabxanada resurslar üzrə ətraflı axtarış imkanı yaradılıb. Elektron kitabxana tədris prosesində istifadəçilərin informasiya ehtiyaclarını təmin etməyə yönəldilmişdir. E-kitabxananın “Kitabxanaçıdan soruş” xidmət panelində oxucuları maraqlandıran və daha çox verilən suallar və onların cavabları paylaşılır.
