Kollecdə 18 oktyabr-Dövlət müstəqilliyinin bərpası günü qeyd edildi

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 18 oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib. Tədbir  iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Kollecin “İctimai Fənlər” FBK-nın müəlliməsi Səadət Mərdanova çıxış edərək bildirdi ki, ötən əsrin 90-cı illərində sovet imperiyasının dağılması ilə dünyanın geosiyasi mənzərəsinin əhəmiyyətli dərəcədə dəyişdi.Məhz bu qeyri-müəyyən və ziddiyyətli tarixi şəraitdə Azərbaycanın bərpa edilən milli müstəqilliyi məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində dönməz xarakter aldı.Kollecin direktoru,pedaqoji elmlər doktoru Vidadi Orucov çıxışında bildirdi ki, müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Müstəqilliyin ilk illərində xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, seperatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı.Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra əldə etdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Sonda Müstəqilliyin Bərpası Günü ilə bağlı  tələbələrin tərəfindən  vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnıları dinlənilib, videoçarx nümayiş etdirilib.
18-10-2022, 18:00
up