Kollecin gənclər təşkilatı görüş keçirdi


UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin Tələbə Gənclər Təşkilatı üzvlərinin və yeni üzv olan tələbələrin iştirakı ilə görüş keçirilib. Görüşdə Kollecin Sosial və Humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin hər bir əmrinin icrasında gənclərin necə rol almasından danışaraq Kollec rəhbərliyinin bu tədris müəssisəsində təhsilalanların bütün sahələr üzrə fəal iştirakına böyük önəm verilməsini onların diqqətinə çatdırıb və bu məqsədlə silsilə xarakterli görüşlərin keçirilməsinin vacib olduğunu bildirib. Gənclər təşkilatının iş planı haqqında danışan Kollecin Gənclər Təşkilatının sədri Rasim Kazımov tələbələrə müxtəlif sahələri üzrə Kollecdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Daha sonra sədr Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının və UNEC-in Tələbə Gənclər Təşkilatının qarşıya qoyduğu vəzifələrdən söhbət açaraq qeyd etdi ki, tələbələrin intellektual və yaradıcılıq potensiallarının üzə çıxarılması və inkişaf etdirilməsi, onların asudə vaxtlarını daha səmərəli keçirmələri üçün Kollecdə müvafiq imkanlar yaradılmışdır. İclasda tələbələrin sualları cavablandırılıb, rəy və təkliflərinə münasibət bildirilib.Sonda UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin Tələbə Gənclər Təşkilatının İdarə heyətinə yeni üzvlər seçilib, 2022-2023 tədris ili üçün iş planı təsdiq edilib.