Kollecdə YAP-ın 30 illiyi qeyd edildi
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30 illiyinə həsr olunmuş tədbirlər planına uyğun ollaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə silsilə tədbirlər keçirilib. Əvvəlcə kollecin tələbələri Heydər Əliyev Mərkəzində olub və orada nümayiş olunun eksponatlarla tanış olublar. Sonra kollecin akt zalında Yeni Azərbaycan Partiyasının Sabunçu rayonu üzrə kollecdə ilk ərazi partiya təşkilatının sədri Natiq Musayevlə tələbələrin görüşü keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan iclasda ilk ərazi partiya təşkilatının sədri Natiq Musayev çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq YAP-ın müasir Azərbaycan dövlətinin inkişafında müstəsna rolunu qeyd etdi və ümummili lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində yaranan partiyanın cəmiyyət həyatının bütün sahələrində müsbət təsir göstərdiyini bildirdi.
Kollecin Tələbə Gənclər Təşkilatının sədri Rasim Kazımov çıxış edərək Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən avanqard siyasi təşkilatı olduğunu bildirdi.
Müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin başladığı missiyanı Prezident İlham Əliyevin layiqincə davam etdirdiyini bildirən TGT-nin sədri Azərbaycan gəncliyinin öz gələcəklərini məhz bu partiyada gördüklərini tələbələrin diqqətinə çatdırdı.
Tədbir iştirakçılarına partiyanın tarixini əks etdirən videoçarx nümayiş olundu.




