Tələbələr Hərbi Qənimətlər Parkında oldular

Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi tədbirlər Planına əsasən tələbələrin Hərbi Qənimətlər Parkına ekskursiyaları davam edir. “Mühasibat uçotu” şöbəsindən 124 saylı qrupun, “İdarəetmə” şöbəsindən 242 saylı qrupun, “Bank işi” şöbəsindən 669  və 459 saylı qrupun tələbələri Dənizkanarı Milli Parkında yerləşən Hərbi Qənimətlər Parkında olmuşlar.
 Qrup rəhbərləri tələbələrə 44 günlük Vətən müharibəsində əsgərlərimizin qazandıqları qələbələrdən danışıb, Ali Baş Komandan İlham Əliyevin həmin zaman qətiyyətli addımlarından söhbət açmışlar.
1-11-2022, 14:38
up