Kollecdə “Zəfər yolu” tədbiri

Kollecdə “Zəfər yolu” tədbiri
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə “Zəfər yolu” adlı tədbir keçirilib. Əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.Tədbiri giriş sözü ilə açan Kollecin direktoru           p.e.d Vidadi Orucov  qeyd etdi ki, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi) Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Ordumuzun düşmənə qarşı cavabı elə sarsıdıcı, elə planlı və ağır oldu ki, onlar öz mövqelərində belə çətinliklə dayandı. 30 il işğalla barışmayan, ürəyi Qarabağ atəşi ilə alovlanan xalqımız bu döyüşlərdə yumruq kimi birlik nümayiş etdirdi.
Tədbirdə Ali Baş Komandanın rəhbərliyi altında Rəşadətli Azərbaycan ordusunun keçdiyi döyüş yolundan bəhs edən videorolik nümayiş olundu.
Tədbirdə tələbələrin Zəfər tarixi ilə bağlı Azəraycan, ingilis və rus diillərində çıxışları dinlənilib. Çıxışlarda Mübariz İbrahimovun Vətən sevgisiylə bizlərə örnək olduğunu qeyd edən tələbələr igid Qəhrəmana həsr olunmuş şeirlər söyləyib və səhnəciklər nümayiş etdirdilər. Sonda “Mühasibat uçotu” şöbəsinin ikinci kurs tələbəsi Nihat Cəfərzadə Mübariz İbrahimovun həyat yoluna nəzər salıb, onun qəhramanlığından, düşmənlə döyüşdə göstərdiyi şücaətindən danışıb, şəhidliyin ən uca zirvə olduğunu qeyd etdi.

3-11-2022, 17:00
up