Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi tədbirlər Planına əsasən “8 noyabr-Zəfər Günü” ilə bağlı UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin tələbələri Vətən müharibəsində şəhid olmuş əsgərlərimizin uyuduqları məzarları ziyarət etmişlər. “Sosial iş” ixtisası üzrə 710 saylı qrupun rəhbəri Gülxəndə Bağırova, “Maliyyə işi” ixtisası üzrə 123 saylı qrup rəhbəri Tünzalə Quliyeva tələbələrə 44 günlük Vətən müharibəsində əsgərlərimizin şücayətindən danışıb, Ali Baş Komandan İlham Əliyevin həmin zaman qətiyyətli addımlarından söhbət açmışlar.