Qarabağın florası və faunası haqqında açıq dərs

Elm və Təhsil Nazirliyinin 8 noyabr - Zəfər günü ilə bağlı  təsdiq etdiyi Tədbirlər Planına əsasən UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin müəllimi Günel Məmmədova  “Maliyyə işi” ixtisasının 124 saylı qrupunda tələbələrə Qarabağın florası və faunası haqqında ətraflı məlumat verdi. Burada əsas məqsəd Qarabağda bitən relikt, endemik bitki növləri və həmin ərazidə yaşayan heyvan növləri haqqında məlumat vermək idi. Günel Məmmədova daha sonra tələbələrlə ermənilərin Qarabağda və ətraf rayonlarda törətdiyi ekoloji terror flora və faunaya necə təsir göstərmişdir? sualı ətrafında müzakirələr apardı.

5-11-2022, 15:00
up