Zəfər günü ilə bağlı dərslər keçirildi

Elm və Təhsil Nazirliyinin 8 noyabr - Zəfər günü ilə bağlı  təsdiq etdiyi Tədbirlər Planına əsasən noyabrın 5-də UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 1-ci saat dərslər 44 günlük Vətən müharibəsinə həsr olunub.
Dərs zamanı müəllimlər böyük həvəs və qürurla 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başlaması haqqında tələbələrə ətraflı məlumat veriblər.
Müəllimlər daha sonra qeyd ediblər ki, 44 gün davam edən Vətən müharibəsi xalqımıza otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Şanlı Zəfər qazandırdı. Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm qalibiyyətimizin Zəfər tariximizə qızıl hərflərlə yazılmağından danışıblar.
Dərs zamanı  Vətən müharibəsinin həlledici məqamlarına, rəşadətli ordumuzun qəhrəmanlıq nümunələrinə, böyük qələbəni təmin edən amillərə nəzər salınıb.

5-11-2022, 11:00
up