Kollecdə valideyn iclası keçirildi

21 noyabr 2022-ci il tarixində Kollecdə “Bank işi” şöbəsinin 458 saylı qrupunda  valideyn iclası keçirilmişdir.  İclasda Kollecin direktoru Vidadi Orucov, tədris işləri üzrə direktor müavini Xanım Məmmədova, sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev, şöbə müdiri Cahid Gülalıyev, qrup rəhbəri Pərvanə Həsənova, müəllimlər və valideynlər iştirak etmişdir.  Qrup rəhbəri təhsil və təlimlə bağlı məsələləri valideynlərin nəzərinə çatdırdı. İclasda tədrisin daha da uğurlu olması üçün valideynlərin qarşısında dayanan vəzifələr müzakirə olundu.
İclasın sonunda qrup rəhbəri, şöbə müdiri və müəllimlər valideynləri maraqlandıran sualları cavablandırdılar.

21-11-2022, 15:00
up