Tarixi dəyişən şanlı qələbə

Müstəqil Azərbaycan dövləti keyfiyyətcə yeni, daha yüksək inkişaf mərhələsinə qədəm qoyub. Dövlət rəhbərliyinin yürütdüyü doğru və müasir dövrün tələblərinə cavab verən, gələcəyi nəzərə alan siyasəti ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində hərtərəfli inkişafa səbəb olub. Demokratikləşmə prosesinin daim dərinləşməsi, hüquqi islahatların mütəmadi olaraq təkmilləşməsi, enerji, ərzaq, nəqliyyat təhlükəsizliyinin daim möhkəmlənməsi və digər sahələrdə qazanılan nailiyyətlər Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirib.
Bu gün ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə yeni, müstəqil Azərbaycan uğurlu addımlarla irəliləyir.Bir çox qələbələrə öz imzasını qoyan dövlətimiz, xalqımız öz uğurları ilə dostları sevindirir, düşmənlərin ürəyinə dağ basır. Möhtərəm prezidentimiz İlham Əliyev Azərbaycanın çiçəklənməsindən ötrü inamlı addımlar atır. Onun həyata keçirdiyi tədbirlər nəticəsində müstəqilliyimiz daha dönməz xarakter almışdır. İndi Prezidentimizin məqsədyönlü işlərinə diqqət yetirərkən bir daha əmin oluruq ki, ulu öndərimizin müstəqil respublikamızda siyasi kursunun davam etdirilməsi  etibarlı əllərdədir. Bu gün Azərbaycan 150-dən çox dövlətlə siyasi, iqtisadi, mədəni əlaqə yaradır. Eyni zamanda, Azərbaycan hərbi cəhətdən də qüdrətli dövlətə çevrilib.
Bu gün iftixar hissi ilə deyə bilərik ki, İlham Əliyev böyük cəsarət və iradə nümayiş etdirərək milli mənafelərin qorunması uğrunda daha əzmlə çalışır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib.
İllərdir dilimizdən düşməyən istək, alqış, xəyal. Bir gün  doğma el-obamıza qayıdacağımız günün  ümidi ilə keçən uzun illər. O illər ki, ötən hər günün hər anında Azərbaycan xalqı ərazilərimizin düşmən tapdağından azad ediləcəyi anın gəlişini səbirsizliklə gözlüyüb. Nəhayət ki, o tarixi gün gəlib çatdı. 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi) Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Son iki yüz illik tarixində Azərbaycan müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Öz doğma yurdlarına qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının uzun müddətlik həsrətinə son qoyuldu. Azərbaycan ordusu işğalçı ermənistanın 30  il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük zəfərə imza atdı. Azərbaycan xalqı vahid bayraq altında yumruq kimi birləşdi. Vətən müharibəsində tarixi qələbəmiz  Azərbaycanın gücünü, qüdrətini, əzmkarlığını dünyaya çatdırdı. Cənab İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi bir daha bu kimi məqamlara işıq saldı. Qarabağ torpağının əsl sahibinin əzəldən Azərbaycan xalqı olduğunu dünyaya bəyan etdi. 30 illik torpaq həsrətimizə son qoyuldu. Doğma torpaqlarımızı görmək, yaxınlarımızın məzarlarını ziyarət etmək xoşbəxtliyi nəsibimiz oldu.
Azərbaycan dövləti öz tarixi torpaqlarını işğaldan azad etməklə illərlə kağız üzərində qalan BMT qətnamələrinin icrasını təmin etmiş oldu.
Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanınıldı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü. İşğaldan azad edilmiş ərazilərin hər addımında terrorun, vəhşiliyin, vandalizmin acı nəticələri ilə rastlaşdıq.
İndi sülh yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır. Azərbaycan sülhü sabitlik və regionun dayanıqlı inkişafı naminə istəyir. Bu məsələdə atılan addımlar qarşılıqlı olmalıdır.
Bütün bunlar əminlik yaradır ki, Azərbaycan beynəlxalq miqyasda getdikcə daha sürətlə artmaqda olan nüfuzundan və lider ölkə statusundan istifadə edərək dünya miqyasında ədalətin və sülhün bərqərqar olmasına bundan sonra da sanballı töhfələr verəcəkdir
Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğur zirvələrini fəth edən Azərbaycan diplomatiyası regional sülhün, əməkdaşlığın, dayanıqlı inkişafın təminatında da mühüm qərarlara imza atacaqdır.

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin "Keyfiyyətin təminatı bölməsinin müdiri" 
Xanım Məmmədova
7-11-2022, 14:14
up