Sovet ittifaqının varlığına son

Sovet ittifaqının varlığına son qoyulduqdan və ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra özünü göstərən problemlər bir müddət mövcudluğunu qoruyub saxladı. Ölkə daxilindəki hərc-mərclik, orduda olan çatışmazlıqlar,vətəndaş müharibəsi abu-havası, iqtisadi tənəzzül, hakimiyyət çəkişmələri Azərbaycana müstəqilliyini dadmağa imkan vermədi.Yeni Azərbaycanı qurub yaratmaq üçün yeganə güc ulu öndər Heydər Əliyev tərəfindən mümkün oldu. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır.Tariximizə həkk olunmuş şanlı səhifələrədən biri ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın qurtuluş  missiyası ilə hakimiyyətə qayıtması  idi. Milli dövlətçiliyimizin və müstəqilliyimizin banisi Heydər Əliyevin Azərbaycan tarixində misilsiz xidmətləri olmuşdur. Onun həyatına və fəaliyyətinə nəzər yetirdikdə ömür yolunun çox sınaqlardan , çətinliklərdən keçdiyinin şahidi oluruq.  Onun parlayaraq ümumi arenaya çıxması son dərəcə ağır bir problem idi. Lakin Heydər Əliyev qarşısına çıxan bütün maneələri inamla dəf edərək Azərbaycanın memarı oldu.  1992-ci ilin 21 noyabr tarixində yeni Azərbaycanın qurucusu və memarı olan ümummilli liderin sədrliyi ilə sonradan ölkənin ictimai , siyasi həyatında   önəmli rol oynayacaq  Yeni Azərbaycan Partiyası yaradıldı. Partiya təsis edildiyi gündən bu yana Azərbaycanın inkişaf konsepsiyasına xidmət edir. Partiyanın rəmzi olan göy rəngli dəfnə ağacı Azərbaycanın zənginliyini, rifahını, xoşbəxtliyini və azadlığını ifadə edir. Yeni Azərbaycan Partiyası ulu öndərin  siyasi, yenilikçi və inkişaf yönümlü düşüncəsinə sadiq qalaraq  gələcəyə doğru uğurla addımlayır. Bu partiya ölkədə demokratiyanı, müasir  siyasi sistemi formalaşdırıb.
Bu il Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 30 il ötür. Ötən 30 il həm partiyanın, həm də ölkəmizin həyatında mühüm hadisələrlə zəngindir. Bu uğurların zirvəsində dayanan  tarixi zəfərimizi şərtləndirən amillər 30 ilin təhlili fonunda aydın şəkildə görünür. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu  Yeni Azərbaycan Partiyası bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla addımlayır. Partiyanın hər bir şəhər və rayon təkilatı qarşıda  dayanan  vəzifələrin uğurlu icrası üçün səylə çalışır. Yarandığı  gündən ümumxalq partiyası kimi  nüfuz qazanan  partiya müasir çağırışlara uyğun hər bir yeniliyi,təkmilləşməni öz fəaliyyətində tətbiq edir,xalqın bütün istək və arzularının reallığa çevirilməsinə öz töhfələrini vermək üçün      səylərini  artırır. Eyni zamanda , Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına yüksək diqqət yetirir.
Ulu öndər Heydər Əliyevin başladığı quruculuq işləri, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına yönəlmiş daxili və xarici siyasəti bu gün  onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin "Keyfiyyətin təminatı bölməsinin müdiri" 
Xanım Məmmədova
15-11-2022, 15:00
up