Kollecdə istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
Təhsil Nazirinin təsdiq etdiyi tədbirlər Planına əsasən UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Azərbaycanın istiqlal şairi, cümhuriyyət nəğməkarı, ömrünü vətəninə, torpağına, bayrağına, millətinə həsr etmiş Əhməd Cavadın 130 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlaydı. Tədbirdə Azərbaycan ədəbiyyatında Əhməd Cavadın özünəməxsus yerə sahib olduğu qeyd edilərək istiqlal şairinin örnək həyat və yaradıcılığının, vətənpərvərlik motivləri ilə zəngin ədəbi irsinin gənc nəsil arasında təbliğinin vacibliyi qeyd edildi. Sonra tələbələr ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Tələbələrin təqdimatında Əhməd Cavadın şeirləri oxundu, hazırladıqları tamaşa təqdim olundu. Səhnəcikdə Əhməd Cavadla yanaşı, şairin həyat yoldaşı - Şükriyyə obrazı da yer almışdır. Tamaşa ilə paralel, Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edən kinofilm nümayiş etdirildi.