Gender münasibətləri “Hər şey ailədən başlayır”
25 noyabr 2022-ci il tarixində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə psixoloq Xalidə Kərimova tərəfindən Gender münasibətləri “Hər şey ailədən başlayır” adlı tədbir keçirildi. Tədbirdə “Bank işi” şöbəsi üzrə 458 saylı və “Mühasibat uçotu” şöbəsi üzrə 121 saylı qrup tələbələri, həmçinin müəllimlər iştirak etdilər. Tədbiri sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev açaraq mövzunun aktuallığını bildirdi.
Tədbir iştirakçılarına Gender, Gender bərabərliyi, Gender bərabərliyi-Birləşmiş Millətlər Təşkilatının fəaliyyəti, Azərbaycan üçün gender münasibətləri mövzusu üzrə məlumat verildi.
Mövzu ərtafında “Mühasibat uçotu” şöbəsi üzrə 579 saylı qrup tələbəsi Kəmalə Nağıyeva, Həsən Abdullayev, 580 saylı qrup tələbələri Samir Məmmədov, Səadət Həmidova, Nərmin Dadaşova, Ədilə Bağırzadə, Rəvanə Əlişanova öz şəxsi fikirlərini təqdim etdilər.
“İdarəetmə” şöbəsi “Kompüter sistemlərində proqram təminatı” ixtisası üzrə 239 saylı qrup tələbəsi Pərvanə Nəcəfli “Sülhün” və “İnsan Hüquqlarının qorunması” üzrə araşdırmasını tədbir iştirakçılarına çatırdı. “Sosial iş” ixtisası üzrə 710 saylı qrup tələbəsi Aytac Mehdiyeva isə bu mövzu üzrə ümumtəhsil məktəblərində apardığı şəxsi araşdırması ilə bağlı fikirlərini söylədi.
Həmçinin tədbirdə iştirak edən kollec müəllimləri Sevinc Sərxanova, Nigar Yusifova və Təranə Abdullayeva da mövzu ətrafında öz fikirlərini bildirdilər.
Tədbir sonda “Mühasibat uçotu” şöbəsi üzrə 3-cü kurs 580 saylı qrup tələbələrinin tam anonim olaraq apardıqları “Gender məsələləri” üzrə sorğunun nəticəsinin açıqlanması ilə yekunlaşdı. Sorğuda iştirak edən tələbələr “Qızların xaricdə təhsil almalarına qoyulan qadağa”, “Ailədə oğlanların daha ön plana çəkilməsi”, “İxtisas seçimində olan problemlər” və s. ilə üzləşdiklərini bildirdirlər.












