Kollecin tələbələri Şəhidlər Xiyabanını ziyarət etdilər
Elm və Təhsil nazirinin və UNEC rektorunun imzaladığı “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı” Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin tələbələrinin 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində Şəhidlər Xiyabanına ziyarəti təşkil edilmişdir. Tələbələr şəhidlərə Allahdan rəhmət diləyib, onların məzarları üzərinə gül dəstələri düzüblər.
Kollecin müəllimləri 587 qrupun rəhbəri Aynur Ağamalıyeva,710 qrupun rəhbəri Gülxəndə Bağırova 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixinə həm də şanlı qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edərək bildiriblər ki,xalqımızın öz milli istiqlalı uğrunda başladığı şərəfli mübarizə 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə nəticələnib.
20 Yanvar hadisəsinin xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdən biri olduğunu qeyd edən müəllimlər bildirblər ki, o gecə Sovet imperiyası ordususun cəza dəstələrinin qarşısına əliyalın çıxaraq canlarından keçən Qanlı Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar.



