Tələbələr 20 yanvara həsr olunmuş kitablarla tanış oldular

Elm və Təhsil nazirinin və UNEC rektorunun imzaladığı “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı” Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin tələbələri təşkil olunmuş kitab sərgisi ilə tanış oldular. Kollecin metodisti Səbinə Rəhimova və müəllim Gülnarə Alyarova tələbələrə 20 Yanvar facisəni xalqımıza qarşı ən qəddar terror aktı kimi qiymətləndirək bildirmişlər ki, Sovet İmperiyasının məqsədi xalqımızın azadlıq əzmini qırmaq olsa da, məqsədinə nail ola bilməmişdir. Əksinə, millətimizin mübarizliyi daha da artmış, müstəqil Azərbaycan Respublikasının əsası qoyulmuşdur.
Tədbirin sonunda tələbələr 20 Yanvara həsr olunmuş kitablarla tanış oldular.

19-01-2023, 10:52
up